BAKI AVRASİYA UNİVERSİTETİ
ISSN 2519-4003
e-ISSN 2519-4011

Redaktordan

İstəkli həmkarlar!

 

Biz çox böyük məmnuniyyətlə “Sivilizasiya” jurnalının nəşri ilə məşğuluq. “Sivilizasiya” tarix, antropologiya, siyasi elmlər, fəlsəfə,sosiologiya, filologiya,sənətşünaslıq və s. elmlərə dair yoxlanılmış orijinal məqalələri çap edir.

Sizə“Sivilizasiya” jurnalının humanitar və sosial elmlər üzrə mötəbər mütəxəssislərdən  ibarət yeni redaksiya heyətini təqdim edirik. Həmçinin istərdik ki, jurnalımızın tərəqqi və nailiyyətlərini inkişaf etdirək, yüksək keyfiyyətli orijinal tədqiqatları çap etməklə,  jurnalın elmi əhəmiyyətini və oxunaqlıq səviyyəsini artıraq. Əsas məqsədimiz güclü işləri çap etmək, alimlərin beynəlxalq əlaqələrini artırmaq və jurnalın əhatə dairəsini genişləndirməkdən ibarətdir.Bunu da qeyd etmək istəyirik ki, “Sivilizasiya” jurnalının önə çəkdiyi məsələlər material kimi resenziylaşmış iclaslarda istifadə oluna bilər.

“Sivilizasiya” jurnalı yeni kitablara rəyləri,  elmin aktual problemlərinə həsr olunan məqalələri, tematik tədqiqatlar barədə məlumatları, materialları ən qısa zamanda nəşr etməyə təminat verir.

“Sivilizasiya” jurnalı müstəqil nəşr kimi geniş sahələrdə elm və təfəkkür tarixinin tədqiqində bir foruma çevrilmək üçün çalışır. Birtəşkilatçı kimi fəaliyyətimizdə davranış və təlimat kodeksinin prinsiplərini rəhbər tuturuq. Jurnalımızın inkişafı üçün Sizdən həmişə fikirlərinizi eşitməyə hazırıq.

Sizinlə iş birliyinə güvənirik, müasir və faydalı məqalərərinizi gözləyirik.

Sizin fəal dəstək və əməkdaşlığınıza ümid edirik.

 

Hörmətlə,

 

F.e.d. prof. N.Z.Hüseynli

Baş redaktor